525.Az

Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək


 

Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək<b style="color:red"></b>

Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından 525.az-a verilən məlumata görə, qitə yarışında 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar.

Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar.

Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.

 





11.10.2025    çap et  çap et