525.Az

Əlillik dərəcələrinin verilməsi qaydaları dəyişdi


 

YENİ QAYDALAR ƏLİLLİK DƏRƏCƏLƏRİNİN VERİLMƏSİNİ ASANLAŞDIRACAQMI?

Əlillik dərəcələrinin verilməsi qaydaları dəyişdi<b style="color:red"></b>

Məlum olduğu kimi, Nazirlər Kabineti "Əlilliyin qiymətləndirilməsi Qaydası"na dəyişiklik edib. Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu daha çox texniki dəyişiklik hesab olunur.

Millət vəkili Vüqar Bayramov deyir ki, qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır: "Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur. Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin daha sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq. Hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır. Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əlillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir".

Sevinc QARAYEVA

 





13.10.2025    çap et  çap et