525.Az

İtaliyada yanğın 17-ci əsrə aid monastırı məhv etdi


 

İtaliyada yanğın 17-ci əsrə aid monastırı məhv etdi<b style="color:red"></b>

İtaliyanın şimalında yerləşən tarixi Bernaqa monastırında yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, alov 1628-ci ildə tikilmiş abidəyə ciddi ziyan vurub, əksər tarixi və mədəni əhəmiyyət kəsb edən əşyalar yanıb.

Yanğınsöndürənlər monastırdakı 22 rahib və rahibıni təxliyə ediblər. Onlara heç bir ziyan dəyməyib.

La Valeriya meri Marko Panseri tarixi abidənin yanmasından təəssüfləndiyini bildirərək, qiymətsiz əşyaları itirdiklərini söyləyib.

Qeyd edək ki, yanğın elektrik naqillərindəki qısaqapanmadan sonra baş verib.

L.Tağıyeva

 





13.10.2025    çap et  çap et