525.Az

Misir Mərdanov: “Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”


 

Misir Mərdanov: “Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”<b style="color:red"></b>

 “Əslində, həmin fikir o cür səsləndirilməyib”.

525.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı müəllim” və “İlin ən yaxşı məktəbi” müsabiqəsinin keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, əslində, həmin fikir o cür səsləndirilməyib: “Amma yenə də mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

M. Mərdanov TQDK-nın 20 illik yubileyi çərçivəsində təşkil olunan dəyirmi masada nazirlik nümayəndələrinin iştirak etməməsi məsələsinə də aydınlıq gətirib: “Onların dəvət olunub-olunmadığını bilmirəm. Amma düşünürəm ki, dəvət olunsaydılar, iştirak edərdilər”.

Məlumat üçün bildirək ki, M.Abbaszadə “İlin ən yaxşı müəllim” və “İlin ən yaxşı məktəbi”nin düzgün müəyyənləşdirilmədiyini bildirib.

S.QARAYEVA

 





27.11.2012    çap et  çap et