525.Az

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları açıqlandı


 

İqtisadiyyat üzrə Nobel mükafatının <b style="color:red"> laureatları açıqlandı</b>

İqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatının laureatları açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafata niderlandlı Coel Mokir, fransalı Filip Aqion və kanadalı Peter Hovitt sahib çıxıblar.

İsveç Kral Elmlər Akademiyasının bəyanatına görə, Mokir "texnoloji irəliləyişlər vasitəsilə davamlı inkişaf üçün ilkin şərtləri müəyyən etdiyinə" görə mükafatlandırılıb.

Aqion və Hovitt isə "yaradıcı məhvetmə yolu ilə davamlı inkişaf nəzəriyyəsi" üzərində işlərinə görə qaliblər sırasında yer alıblar.

Xatırladaq ki, 2024-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatı Simon Conson, Ceyms A.Robinson və Daron Acemoğluna verilib.

İbrahim Cəfərov

 





13.10.2025    çap et  çap et