Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ikinci dəfə “Azərbaycan sağlamlıq turizmi konfransı” təşkil olunacaq.
525.az-a Agentlikdən bildirilib ki, konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq və tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq etməkdir.
Tədbirdə “Rifah” və “Tibbi turizm” mövzularına həsr olunmuş panel müzakirələri keçiriləcək, həmçinin sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin iştirak edəcəyi sərgi təşkil olunacaq.
çap et