525.Az

Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb


 

Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

525.az xəbər verir ki, Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

 





13.10.2025    çap et  çap et