525.Az

Zərdabda yol qəzası ölümlə nəticələnib


 

Zərdabda yol qəzası ölümlə nəticələnib<b style="color:red"></b>

Zərdabda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

525.az xəbər verir ki, hadisə Zərdab-Ucar avtomobil yolunda qeydə alınıb.

Belə ki, "BMW" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.

Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Nemətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 





13.10.2025    çap et  çap et