Portuqaliya sahillərində qatil balinalar Fransa bayrağı altında üzən yelkənli qayığı batırıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı göyərtədə ailə - cütlük və 3 övladı olub.
Qayığın batdığını görən böyüklər qəza siqnalı veriblər. Qısa zamanda əraziyə yaxınlıqdakı balıqçı gəmisi gələrək zərərçəkənləri xilas edib. Daha sonra ailə helikopterlə sahilə çatdırılıb.
Qeyd edək ki, son illər bu ərazidə qatil balinaların aqressivliyi tez-tez müşahidə edilir. 1 ay əvvəl onlar 12 metrlik yaxtanı da batırmışdılar.
L.Tağıyeva
çap et