525.Az

Romada “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib - “525-ci kanal”ın reportajı


 

Romada “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib - <b style="color:red"> “525-ci kanal”ın reportajı</b>

Oktyabrın 10-u İtaliyanın Roma şəhərində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Xan Şuşinski Fondunun və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, müxtəlif ölkələrin səfirləri və diplomatik korpus nümayəndələri, həmçinin xaricdən və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Vətənpərvərlik mövzusuna həsr edilən tədbirdə səsləndirilən xalq mahnıları, ritmik muğamlar, bəstəkar əsərləri böyük maraqla qarşılanıb. Azərbaycan muğamları xanəndə Nisbət Sədrayeva tərəfindən, kamançada Pərviz Fərhadov və tarda Rüstəm Müslümovun müşayiəti ilə ustalıqla ifa olunub.

Tədbirin təşkilatçılarından olan Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva təəssüratlarını “525-ci kanal” ilə bölüşdü:

Nigar Abbasova

 





13.10.2025    çap et  çap et