525.Az

Nigeriyada Boko-Haramın 15 üzvü zərərləşdirilib


 

Nigeriyada Boko-Haramın 15 üzvü zərərləşdirilib<b style="color:red"></b>

Nigeriyada ordu ilə terror təşkilatı Boko-Haram üzvləri arasında baş verən qarşıdurmada 15 terrorçu öldürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə terrorçulara qarşı qurulan “Hadin Kai” əməliyyatının komandirlərindən olan Uba Sani Borno əyalətinin Kaqa bölgəsində ordu ilə Boko-Haram üzvləri arasında qarşıdurmaların baş verdiyini bildirib.

Sani qarşıdurmada 15 terrorçunun öldürüldüyünü, çoxunun isə yaralı olaraq xilas olduğunu qeyd edib.

Qarşıdurmada 4 əsgərin həyatını itirdiyini deyən Sani, terrorçulara aid silah və xeyli miqdarda sursatın ələ keçirildiyi barədə məlumat paylaşıb.

Məhəmməd Tağıyev

 





13.10.2025    çap et  çap et