Məşhur rusiyalı müğənni və aktyor Vladimir Vısotskinin bürüncdən tökülmüş maskası hərraca çıxarılacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir, hərrac Monakoda "Hermitage Fine Art" Hərrac Evində keçiriləcək.
Maskanı 1980-ci ildə Vısotskinin xanımı Marina Vladinin istəyi ilə heykəltəraş Yuri Vasilyev hazırlayıb. Başlanğıc qiyməti isə 100-120 min avro arası olacaq.
Qeyd edək ki, Vladimir Vısotski 1980-ci il iyulun 25-də 42 yaşında vəfat edib.
L.Tağıyeva

çap et