İspaniyanın şərqində tüğyan edən "Alisa" qasırğası ciddi fəsadlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Meteorologiya Agentliyi (AEMET) Valensiyada qırmızı, Kataloniya və Balear adalarında isə narıncı təhlükə elan edib.
"Alisa" Qandiya və Şerakodan Kataloniyaya gedən dəmir yolunda hərəkəti iflic edib. Daşqınlar bir neçə vacib yolu basdığından avtomobillər su altında qalıb. Qodall şəhərində onlarla ev dağılıb.
Qeyd edək ki, agentliyin məlumatına görə, güclü küləklə müşahidə olunan yağış və dolu bir müddət davam edəcək.
L.Tağıyeva



çap et