525.Az

Azərbaycan neftinin qiyməti azalıb


 

Azərbaycan neftinin qiyməti azalıb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

525.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,08 ABŞ dolları və ya 0,12% azalaraq 66,28 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,36 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 





14.10.2025    çap et  çap et