Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.
525.az xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 13 xal olan Azərbaycan millisi yekun sıralamada ikinci yeri tutub. Millimizin xal itkisindən yararlanan Ukrayna Avropa çempionu olub. Son turda yığmamıza qalib gələn Serbiya qitə birinciliyinin bürünc medalını qazanıb.
Xatırladaq ki, Azərbaycan millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.
çap et