Türkiyənin Muş bölgəsində qatar tələbə avtobusuna çırpılıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində avtobusda olan 17 şagird xəsarət alıb.
Hadisə yerinə dərhal polis, xilasedicilər və tibb işçiləri gəlib. Qəzada yaralanan 17 şagird tibbi müdaxilədən sonra Muş Dövlət Xəstəxanasına aparılıb.
Bölgə Milli Təhsil Müdiri Abdulkadir Altay qəzadan sonra xəstəxanaya gedərək şagirdlərin vəziyyəti ilə maraqlanıb.
O, jurnalistlərə açıqlamasında deyib: “Şagird avtobusu qatar qovşağından keçərkən qatara çırpılıb. Nəticədə şagirdlərimiz yüngül xəsarətlər aldılar. Ehtiyat tədbiri olaraq bütün şagirdlərimiz xəstəxanaya çatdırılaraq nəzarət altına alınıb. Çox şükürlər olsun ki, şagirdlərimizin vəziyyəti ağır deyil. Bənzər qəzaların təkrarlanmaması üçün daha diqqətli olmaq lazımdır”.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov
çap et