525.Az

Azərbaycanın U-17 millisi Rumıniyaya böyük hesabla uduzdu


 

Azərbaycanın U-17 millisi Rumıniyaya böyük hesabla uduzdu<b style="color:red"></b>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxıb.

525.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçirilən görüş Rumıniyanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

İlk görüşdə Frandaya 8 cabasız qolla uduzun U-17 millimiz ikinci matçda İsrailə də böyük hesabla məğlub olub - 1:5.

14 oktyabr

17:00.Azərbaycan (U-17) – Rumıniya (U-17) - 1:5

Baş hakim: Mateo Erceq (Xorvatiya)

“Bourret” stadionu, Kapbreton.

 





14.10.2025    çap et  çap et