525.Az

Türkiyədə ən çox satılan avtomobillərin siyahısı açıqlanıb


 

Türkiyədə ən çox satılan avtomobillərin siyahısı açıqlanıb<b style="color:red"></b>

Türkiyədə 2025-ci ildə ən çox satılan avtomobillərin siyahısı açıqlanıb.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, ilin geridə qalan 9 ayı ərzində ən çox satılan avtomobil “Renault Clio”dur (34 151). İkinci yerdə “Tesla Model Y” (27 420) qərarlaşıb. 26 933 avtomobil satışı ilə “Renault Megane” üçüncü olub.

Türkiyədə ən çox satılan avtomobillərin ilk yeddiliyində həmçinin, “Togg T10X”, “BYD Seal U”, “Fiat Egea” və “Toyota C-HR” yer alıb.

Araşdırma nəticəsində məlum olub ki, Türkiyədə yanvar-sentyabr dövründə avtomobil satışları illik müqayisədə 9,98 faiz artaraq 742 min 687-ə çatıb.

İbrahim Cəfərov

 





15.10.2025    çap et  çap et