525.Az

“80 minə yaxın müəllim İKT-dən istifadə bacarıqlarına yiyələnib”


 

“80 minə yaxın müəllim İKT-dən istifadə bacarıqlarına yiyələnib” <b style="color:red"></b>

 

“Hazırda təhsil müəssisələrindən ən ciddi məsələlərdən biri müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarığının artırılmasıdır. Bu istiqamətdə ciddi işlər görülüb və görüləcək də”.

525.az-ın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Təhsil naziri vurğulayıb ki, son illərdə 80 minə yaxın orta məktəb müəllimi İKT-dən istifadə bacarıqlarına yiyələnib. Onun sözlərinə görə, bu rəqəm də bütün müəllimlərin yarısından çoxu deməkdir:

“Təbii ki, bununla iş bitmir. Əgər müəllimlər əvvəllər müsabiqələrə kitab-dəftərlə gəlirdilərsə, indi onlar kompüter və digər İKT avadanlıqları gətirirlər. Bu gün də İKT-nin kütləvi şəkildə istifadə olunduğu yerlər məhz təhsil müəssisələridir. Ona görə də bu müəssisələrdə İKT-nin tətbiqini genişləndirməliyik. Gələcək illərdə də internet xidməti göstərən məktəblərin sayının artırılması, internet şəbəkəsinin genişləndirilməsi, tezliyin artırılmasına xidmət edən addımların atılması planlaşdırılıb”.

S.QARAYEVA

 





27.11.2012    çap et  çap et