525.Az

Azərbaycan klubunun futbolçusu və baş məşqçisi 4 oyunluq cəzalandırılıblar


 

Azərbaycan klubunun futbolçusu və baş məşqçisi 4 oyunluq <b style="color:red"> cəzalandırılıblar</b>

"Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynov Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Qaradağ Lökbatan"la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.

525.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

"Ağdaş"ın baş məşqçisi oyununun 45-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. Ü.Sarıyev isə 76-cı dəqiqədə eyni hərəkətə yol verdiyinə görə cəza alıb. Həm futbolçunun, həm də baş məşqçinin bu addımlarına görə "Ağdaş" klubu ümumilikdə 2000 manat cərimələnib.

 





15.10.2025    çap et  çap et