525.Az

Ekvadorda ticarət mərkəzinin yaxınlığında avtomobil partladıldı


 

Ekvadorda ticarət mərkəzinin yaxınlığında avtomobil partladıldı<b style="color:red"></b>

Quayakil şəhərində iri ticarət mərkəzinin qarşısında avtomobil partladılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında, "Mall de Sol" ticarət mərkəzinin yaxınlığında baş verib.

Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Əraziyə 2 yanğınsöndürən, 2 xilasedici və 4 təcili tibbi yardım briqadası cəlb olunub. 

Şahidlərin sözlərinə görə, avtomobil əvvəl alovlanıb, daha sonra içərisində quraşdırılmış bomba işə düşərək güclü partlayış baş verib. Yaxınlıqdan təsadüfən keçən taksi şoferi həyatını itirib, 2 sakin isə yaralanıb. Partlayışın təsirindən ticarət mərkəzi ilə yanaşı ətrafdakı tikililər də ziyan görüb.

Qeyd edək ki, polis ərazini nəzarətə götürüb, araşdırma başlanılıb. Şəhər meri Umberto Plasa partlayışın bilərəkdən edildiyini və  terror aktını törədənləri ağır cəza gözlədiyini bildirib.

L.Tağıyeva

 





15.10.2025    çap et  çap et