525.Az

Messidən yeni rekord


 

Messidən yeni rekord<b style="color:red"></b>

Argentina millisinin və "İnter Mayami"nın futbolçusu Lionel Messi ötən gün daha bir rekord vurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Messi beynəlxalq oyunlarda ən çox qol ötürməsi edən futbolçu olub.

Bu gecə keçirilən və qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatan Puerto-Riko - Argentina yoldaşlıq oyununda ulduz futbolçu 2 qola assist edərək beynəlxalq turnirlərdə məhsuldar ötürmələrinun sayını 60-a çatdırıb. Bununla da o, braziliyalı Neymar və ABŞ millisinin Sabiq üzvü Lendon Donovanla şərik olduğu "58" rəqəmini keçib.

Yeri gəlmişkən, Messi cəmi bir neçə gün əvvəl daha bir göstərici ilə gündəmə gəlmişdi. O, MLS-də bir mövsümdə 9 ardıcıl oyunun hər birində azı 2 qol vurmaqla rekorda imza atmışdı.

L.Tağıyeva

 





15.10.2025    çap et  çap et