525.Az

ABŞ-də zəncirvari yol qəzası - 8 ölü


 

ABŞ-də zəncirvari yol qəzası -<b style="color:red"> 8 ölü</b>

ABŞ-nin Corciya ştatında baş verən zəncirvari yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cekson qraflığının ədliyyə həkim müavini Din Strinqer verdiyi açıqlamada Corciya ilə Atlanta magistralında yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verən qəzada ölən səkkizinci şəxsin cəsədinin tapıldığını bildirib.

Belə ki, qəzada ölənlərin şəxsiyyətinin müəyyən edilməsi davam etdirilir.

Yerli hakimiyyət orqanları ilkin toqquşmadan sonra qəzaya daha 4 avtomobilin qatıldığını qeyd edib və bunu zəncirvari reaksiya kimi qiymətləndiriblər.

Məhəmməd Tağıyev

 





15.10.2025    çap et  çap et