525.Az

Suriya Rusiya ilə münasibətlərini bərpa etməyə çalışır


 

Suriya Rusiya ilə münasibətlərini <b style="color:red"> bərpa etməyə çalışır</b>

"Rusiya ilə Suriya arasındakı münasibətlər həmişə müstəsna dostluq xarakteri daşıyıb".

525.az xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara həmkarı Vladimir Putinlə görüşdə deyib.

“Biz münasibətlərimizi bərpa etməyə və sizi yeni Suriya ilə tanış etməyə çalışacağıq”, - o əlavə edib.

Əl-Şaraa vurğulayıb ki, hazırda ən vacib olan həm ölkədə, həm də bütövlükdə regionda sabitlikdir.

 Putin isə bildirib ki, Rusiya Suriya ilə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub. Onun sözlərinə görə, Rusiya tərəfi XİN vasitəsilə Suriya ilə müntəzəm məsləhətləşmələr aparmağa hazırdır.

Pərvanə Sultanova

 





15.10.2025    çap et  çap et