Hindistanda daraqlı timsah 59 yaşlı qadını parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə Harasrota çayının Bankupaladan keçən hissəsində yaşanıb.
Çayda paltar yuyan Sudamini Maxalu adlı qadın timsahın hücumuna məruz qalıb. Vəhşi qadını suya çəkərək parçalayıb. Üstəlik, bütün bunlar kənd sakinlərini gözləri qarşısında baş verib.
Qeyd edək ki, Meşə Təsərrüfatı Departamenti 2 uşaq anasının ölümünə görə onun ailəsinə 10 milyon rupi kompensasiya ödəyəcək.
L.Tağıyeva
çap et