Hindistanda toruna nadir növ balıq düşən balıqçı 1 günə milyonçuya çevrilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, xoş təsadüf Odişa və Şərqi Benqaliya ştatlarının kəsişməsində yaşanıb.
O qədər də varlı olmayan balıqçının toruna 90 dənə qaraxallı istavrit (Protonibea diacanthus) düşüb. Balıqların hər birinin çəkisi 30-35 kq ağırlığında olub.
Diqha bazarında balıqların hamısını 10 milyon rupiyə (təxmini 191500 manat) Kəlküttədən olan dərman firması alıb.
Qeyd edək ki, qaraxallı istavrit yerli təbabətdə geniş istifadə olunur. Bu səbəbdən Hindistan, Yaponiya, Sinqapur, Honkonq və Malayziyada ona tələbat həddən artıq çoxdur.
L.Tağıyeva
çap et