525.Az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb


 

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb<b style="color:red"></b>

 

2025-cü ilin ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 2.5% artaraq 35 milyard 375,495 milyon ABŞ dolları təşkil edib.

525.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 6.3% azalaraq 18 milyard 606.5 milyon ABŞ dolları, idxal isə əksinə 14.5% artaraq 16 milyard 769 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 1 milyard 837.5 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.8 dəfə azdır.

 





16.10.2025    çap et  çap et