525.Az

Azərbaycan neft məhsullarının ixracını faiz artırıb


 

Azərbaycan neft məhsullarının ixracını faiz artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 273 775,15 min ABŞ dolları dəyərində 503 400,53 ton neft məhsulları ixrac edib.

525.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,37% az, həcmi isə 9% çox olub.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.

 





16.10.2025    çap et  çap et