525.Az

Azərbaycanda dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 25 faiz artırılır


 

Azərbaycanda dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 25 faiz artırılır<b style="color:red"></b>

2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 15 milyon manatı dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmaların payına düşəcək.

525.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25 % çoxdur.

Xatırladaq ki, bu il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 manat olacağı gözlənilir.

Dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmaların 2027-ci ildə 15 milyon manat, 2028-ci ildə 16 milyon manat, 2029-cu ildə isə 16 milyon manat proqnozlaşdırılır.

 





16.10.2025    çap et  çap et