525.Az

İKT-nin təhsildə tətbiqinə həsr olunan konfrans keçirilib


 

İKT-nin təhsildə tətbiqinə həsr olunan konfrans keçirilib<b style="color:red"></b>

Bu gün Bakıda təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "XXI Əsrdə Yeni Təhsil Yanaşması" mövzusunda konfrans keçirilib.

525.az-ın məlumatına görə, konfrans Təhsil Nazirliyinin dəstəyilə "Edumedia-Azərbaycan" və "Promethean" təşkilatları tərəfindən təşkil edilib.

Tədbirdə çıxış təhsil naziri Misir Mərdanov deyib ki, bu gün təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər görülür. Nazirin sözlərinə görə, bu istiqamətdə mövcud olan problemlərdən biri müəllimlərin yeniliklərə tez bir zamanda uyğunlaşmasıdır:

“Hazırda cəmiyyətdə öyrənənlər öyrədənlərdən daha sürətlə dəyişir və məlumatlı olurlar. Bəzən öyrədənlər öyrənənlərin sualları qarşısında aciz qalırlar. Ona görə də bu sahədə hələ çox öyrənmək lazımdır. Bu günlərdə Təhsil Nazirliyində keçirilən tədbirdə də məlum oldu ki, məktəblərə verilən İKT avadanlıqları başqa tərəflər üzrə istifadə edilir. Bunlar çox pis haldır və qarşısı tez bir zamanda alınmalıdır. Yeniliklərin tətbiq olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi və bunu təhsildə tətbiq etmək mütləqdir”.

Qeyd edək ki, konfrans çərçivəsində XXI əsr təhsili və əsas hədəflər, elektron təhsil məzmunu, qiymətlindirmə növləri, şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları, təhsildə texnologiyaların istifadəsi üzrə dünya təcrübəsi və uğurlu layihələr mövzularında müzakirələr keçiriləcək.

S.QARAYEVA

 





27.11.2012    çap et  çap et