525.Az

Pakistanda dəhşətli qəza - bir ailədən 15 nəfər öldü


 

Pakistanda dəhşətli qəza - <b style="color:red"> bir ailədən 15 nəfər öldü</b>

Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində dəhşətli yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yük maşınının yoldan çıxaraq xəndəyə düşməsi nəticəsində eyni ailədən 15 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yük maşınının aşması anbaan kameraya düşüb və hadisə yerinə dərhal çoxlu sayda tibbi qruplar və polis göndərilib.

Qeyd edək ki, Pakistanda qeyri-adekvat infrastruktur, həddindən artıq sürət və normadan çox yüklənmiş avtomobillər səbəbindən yol qəzaları tez-tez baş verir.

İsgəndər Həsənov

 





16.10.2025    çap et  çap et