525.Az

Azərbaycan İtaliyaya neft ixracını 46 faizə yaxın artırıb


 

Azərbaycan İtaliyaya neft ixracını 46 faizə yaxın artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 9 milyon 589 min 365,7 ton xam neft ixrac edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 4 milyard 992 milyon 915,19 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 45,8 %, dəyəri isə 19,9 % artıb.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 56,42 % olub.

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,59 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.

 





16.10.2025    çap et  çap et