525.Az

Hindistanda leopard qorxusu - 10 gündə 4 qurban


 

Hindistanda leopard qorxusu - <b style="color:red"> 10 gündə 4 qurban</b>

Uttar-Pradeş ştatında leopard 12 yaşlı qızı öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, vəhşi pişik həkimdən qayıdan Prit Kuar adlı qızı meşəlik əraziyə sürükləyib.

Hadisəyə qızın qohumları şahid olduğundan onlar səs-küy salaraq köməyə tələsiblər. Amma gec olub, kömək gələnə kimi leopard uşağı boğub.

Qeyd edək ki, bu, Uttar-Pradeş ştatında son 10 gündə 4-cü belə hadisədir. Sonuncu dəfə ötən cümə leopard 8 yaşlı qızı parçalamışdı.

L.Tağıyeva

 





16.10.2025    çap et  çap et