525.Az

Keniyada keçmiş Baş nazirlə vida mərasimində çaxnaşma - ən azı 3 nəfər yaralandı


 

Keniyada keçmiş Baş nazirlə vida mərasimində çaxnaşma - <b style="color:red"> ən azı 3 nəfər yaralandı</b>

Keniyanın paytaxtı Nayrobidə keçmiş müxalifət lideri və sabiq Baş nazir Raila Odinqa ilə vida mərasimində çaxnaşma yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə insan keçmiş Baş nazirlə vidalaşmaq üçün stadiona axışıb.

Cənazə stadiona gəldikdən sonra bir qrup şəxsi zorla içəri girməyə çalışıb. Təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Eləcə də göyə atəş açılıb.

İlkin məlumatlara görə, çaxnaşma zamanı azı üç nəfər yaralanıb, onlardan biri isə ağır kəllə-beyin travması alıb.

Xatırladaq ki, 80 yaşlı Raila Odinqanın ölümündən sonra Keniya prezidenti Uilyam Ruto ölkədə 7 günlük milli matəm elan edib.

İbrahim Cəfərov

 





16.10.2025    çap et  çap et