ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında dünən telefon danışığı olub.
525.az xəbər verir ki, Tramp sosial mediadan verdiyi açıqlamada ABŞ və Rusiya nümayəndə heyətlərinin gələn həftə görüşəcəyini açıqlayıb.
“Putinlə mən yaxın iki həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə Rusiya və Ukrayna arasındakı bu biabırçı müharibəyə son qoymaq üçün görüşəcəyik”, - deyə Tramp bildirib.
Ağ Evin mətbuat katibi Karoline Levitt də Trampla Putin arasında telefon danışığının çox məhsuldar keçdiyini qeyd edib:
“Prezident hələ də Putin və Zelenskinin eyni masa arxasında otura biləcəyinə inanır və təbii ki, bunun baş verməsini çox istəyir”.
İbrahim Cəfərov
çap et