525.Az

Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb


 

Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb<b style="color:red"></b>

Göyçayda avtomobil su kanalına aşıb.

525.az xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sakinlərin köməkliyi ilə sürücü Habil Məhəmmədəli oğlu Talıbovun cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı cinayət işi açılıb.

 





17.10.2025    çap et  çap et