525.Az

"Ronaldo "Qızıl top"u Messidən çox qazanacaq"


 

"Ronaldo "Qızıl top"u Messidən çox qazanacaq"<b style="color:red"></b>

"Real"ın ikinci komandası "Kastilya"nın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Kriştiano Ronaldonun Lionel Messidən daha çox "Qızıl top" mükafatı qazanacağına inandığını deyib:

"Ronaldonun etdikləri kimsə təkrarlaya bilməz. O, bu cür davam etsə,  "Qızıl top" mükafatını Messidən çox qazanacaq".

Z.Zidan "Real"da İskonun ona bənzədiyini də bildirib:

"Azarkeşlər də onu çox sevir. İsko "Real"da oynamağa layiq olduğunu hər kəsə sübut edir".

 





20.01.2015    çap et  çap et