525.Az

Monqolustanın baş naziri istefaya göndərildi


 

Monqolustanın baş naziri istefaya göndərildi<b style="color:red"></b>

Monqolustan parlamenti (Xural) baş nazir Qombojavın Zandanşatarı istefaya göndərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Məlumatda bir neçə gün əvvəl Xuralın bir neçə deputatının baş naziri konstitusiyanı kobud şəkildə pozmasında günahlandıraraq istefaya səslədiyi də bildirilir.

Qeyd edək ki, Qombojavın Zandanşatar cəmi 4 ay əvvəl - bu ilin iyununda baş nazir postuna təyin olunmuşdu.

L.Tağıyeva

 





17.10.2025    çap et  çap et