“Avropa Komissiyası (AK) Rusiya və ABŞ arasında Budapeştdə keçiriləcək yeni sammitin Ukraynadakı münaqişənin sona çatmasına gətirib çıxaracağı təqdirdə onu dəstəkləyəcək”.
525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Təsdiq edilməmiş bu görüşlə bağlı deyə bilərəm ki, Ukraynada davamlı və ədalətli sülhə səbəb ola biləcək istənilən görüş Avropa Komissiyası tərəfindən müsbət qiymətləndiriləcək. Amma bu, Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməsinə mane olmayacaq”, - AK rəsmisi deyib.
Pərvanə Sultanova
çap et