“Avropa sanksiyalarına Rusiya prezidentinin və xarici işlər nazirinin Avropa İttifaqına səfərinə qadağa daxil deyil. Ona görə də Rusiya prezidentinin Macarıstana səfəri üçün heç bir maneə yoxdur”.
525.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Anita Hipper deyib.
“Aİ-nin sanksiyalarına prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması barədə qərar daxildir, lakin onların Aİ-yə səfərlərinə qadağa qoyulmayıb. Bu baxımdan Macarıstanda sammitin keçirilməsinə heç bir maneə yoxdur”, - o əlavə edib.
Pərvanə Sultanova
çap et