525.Az

“Rusiya-ABŞ sammitinə hazırlıq tam sürətlə davam edir” - Orban 


 

“Rusiya-ABŞ sammitinə hazırlıq tam sürətlə davam edir” - <b style="color:red"> Orban </b>

“Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Budapeşt görüşünə hazırlıqlar tam sürətlə gedir”.

525.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Vladimir Putinlə telefon danışığından sonra sosial şəbəkə hesabında yazıb.

“Rusiya prezidenti ilə telefon söhbət oldu. Görüşə hazırlıq tam sürətlə gedi!”, - Baş nazir qeyd edib.

Oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb. Kreml görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini açıqlayıb.

Pərvanə Sultanova

 





17.10.2025    çap et  çap et