525.Az

Bu qərara ehtiyac var idi


 

MOPED İDARƏ ETMƏK ÜÇÜN SÜRÜCÜLÜK VƏSİQƏSİ TƏLƏB OLUNACAQ

Bu qərara ehtiyac var idi<b style="color:red"></b>

"Məlum olduğu kimi, 3 ay sonra ölkədə moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Hesab edirəm ki, bu qərara ehtiyac var idi. Bu gün moped sürücülərinin çoxu çatdırılma xidməti ilə məşğuldurlar. Çatdırılmanı vaxtında etmək üçün bəzən tələskənliyə yol verib, yol hərəkəti qaydalarını pozurlar. Bu, doğru deyil. Kimsənin yol hərəkəti qaydalarını pozmağa, digərlərinin həyatını təhlükəyə atmağa ixtiyarı yoxdur".

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

O qeyd edib ki, "Yol hərəkəti qaydaları"na zəruri dəyişikliklər də məhz bu məqsədlə edilib: "Bəzən görürük ki, moped sürücüləri yol hərəkəti qaydalarını pozur, sürət həddini aşırlar. Digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlara daxil olurlar. Bu da qəzaların baş verməsinə səbəb olur".

Ekspert əlavə edib ki, paytaxt yollarında avtobus və velosipedlər üçün zolaqlar çəkilib. Amma mopedlər üçün ayrıca, xüsusi zolaqlar yoxdur. Yaxşı olar ki, mopedlər üçün xüsusi zolaqlar yaradılsın. Belə olan halda mopedlərin hərəkəti asanlaşar və qəzaların da sayı azalar.

Sevinc QARAYEVA

 





17.10.2025    çap et  çap et