Kareliyada məhbusları daşıyan mikroavtobus qəzaya düşüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə avtobusda olan məhbuslardan 12-i müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
Digər yaralı isə "QAZel"in sürücüsü olub. Onların hamısı müvafiq qurumların səhiyyə bölmələrinə yerləşdirilib.
Qeyd edək ki, yaralılar müqavilə əsasında cəzaçəkmə müəssisəsindən azad edilərək hərbi komissarlığa aparılırmış.
L.Tağıyeva
çap et