525.Az

Polşanın Belarusla sərhədində tunel aşkarlanıb


 

Polşanın Belarusla sərhədində tunel aşkarlanıb<b style="color:red"></b>

Polşa Sərhəd Xidmətinin Podlyask bölməsi Belarusla sərhədin altından keçən tunel aşkarlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Martin Kervinski sosial şəbəkə hesabında paylaşım edib.

Nazir tunelin Belarus ərazisində başladığını və Polşada sərhəddən 20 km içəriyə doğru bitdiyini də bildirib.

Qeyd edək ki, tunelin nə vaxt salındığı, hansı ölçüdə olması, ondan istifadə edilib-edilmədiyi barədə bilgi verilmir.

L.Tağıyeva

 





17.10.2025    çap et  çap et