Bugünlərdə əməkdar mədəniyyət işçiləri, Ali Media Mükafatı laureatları Məzahir Süleymanzadə və Şakir Yaqubovun "Qara Yanvar dialoqu" kitabı işıq üzü görüb.
1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin (AJM) tövsiyəsi ilə nəşr edilib. Bir neçə gün öncə geniş təqdimatı keçirilmiş nəşrdə hər iki müəllifin xatirə-dialoqu, rəsmi sənədlər, indiyədək dərc olunmamış materiallar yer alıb.
Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşovun kitabda verilən yazısında nəşri yüksək qiymətləndirib.
AJM-nın sədri, Əməkdar jurnalist Yusif Kərimov isə kitabı "20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm söz abidəsi" kimi səciyyələndirib.
S.MÜRVƏTQIZI
çap et