525.Az

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb


 

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Qazaxıstan arasında ticarət əməliyyatlarının həcmi 568,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə 525.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 370,3 milyon ABŞ dolları və ya 2,9 dəfə çoxdur.

Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Qazaxıstana 70,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 milyon ABŞ dolları və ya 21,8% azdır.

Eyni zamanda, hesabat dövründə Qazaxıstandan Azərbaycana 497,7 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 389,9 milyon ABŞ dolları və ya 4,6 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Qazaxıstan Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Dövr ərzində Azərbaycandan sözügedən ölkəyə ümumi ixracın 70,2 milyon ABŞ dollarlıq hissəsini qeyri-neft məhsullarının ixracı təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 21% azdır.

 





20.10.2025    çap et  çap et