525.Az

Təyyarənin ön şüşəsi çatladı - qəza enişi etdi


 

Təyyarənin ön şüşəsi çatladı - <b style="color:red"> qəza enişi etdi</b>

Rusiyadan İsrailə uçan "Superjet" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan az sonra ön şüşəsində çat əmələ gəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, pilotlar dərhal qəza enişi ediblər.

Mineralnıye Vodıdan Tel-Əvivə üçan təyyarənin göyərtəsində 103 sərnişin olub. Onlardan və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Şüşənin çatlamasının səbəbləri bəlli deyil.

Bənzər hadisə dünən Denverdən Los-Ancelesə uçan "Boeing 737 MAX" təyyarəsində də yaşanıb. 11 min metr yüksəklikdə uçan təyyarənin ön şüşəsinin qırılması səbəbindən pilot yaralanıb. Təyyarə Solt-Leyk-Sitiyə qəza enişi edib.

Qeyd edək ki, həmin təyyarənin göyərtəsində 140 sərnişin olub.

L.Tağıyeva

 





20.10.2025    çap et  çap et