525.Az

Honkonqda təyyarə qəzası - 2 ölü


 

Honkonqda təyyarə qəzası - <b style="color:red"> 2 ölü</b>

Bu gün səhər Honkonqda təyyarə qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Dubaydan gələn "Boeing 747-400F" yük təyyarəsi eniş edərkən zolaqdan çıxıb və su sahəsinə düşüb.

Eniş zamanı təyyarə zolaqdan kənarda hərəkətdə olan xidməti avtomobilə çırpılıb. Nəticədə hava limanının avtomobildə olan 2 əməkdaşı həlak olub.

Ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Qeyd edək ki, qəza baş verən uçuş zolağının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar.

L.Tağıyeva

 





20.10.2025    çap et  çap et