525.Az

Rusiyada yanğın 3 körpənin həyatına son qoydu 


 

Rusiyada yanğın 3 körpənin həyatına son qoydu <b style="color:red"></b>

Zabaykalyedə, Sterensk dairəsinin Çikiçey kəndində 2 otaqlı şəxsi evdə baş verən yanğın faciə ilə nəticələnib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  valideyn nəzarətində olmayan 3 körpə həyatını itirib.

Ağır yanıq xəsarətləri alan 2 və 4 yaşlı uşaqlar yanğınsöndürənlər gələnə kimi dünyalarını dəyişiblər. 1 yaşlı körpə isə xəstəxanaya aparılarkən yolda keçinib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, yanğının baş vermə səbəbləri araşdırılır.

L.Tağıyeva

 





20.10.2025    çap et  çap et