525.Az

Hatayda mikroavtobus traktora çırpıldı - 15 nəfər yaralandı


 

Hatayda mikroavtobus traktora çırpıldı - <b style="color:red"> 15 nəfər yaralandı</b>

Türkiyənin Hatay vilayətində sərnişin mikroavtobusu qəza törədib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, sərnişin avtobusu arxadan eyni istiqamətdə hərəkət edən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində mikroavtobusda olan 15 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, polis və təcili tibbi yardım gəlib. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan 3 nəfər yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

İsgəndər Həsənov

 





20.10.2025    çap et  çap et